• cümə, 19 Aprel, 22:36
  • Baku Bakı 24°C

“Makron çoxsaylı problemlərdən yayınmaq üçün qondarma soyqırımı məsələsini ortaya atıb”

11.02.19 12:00 373
“Makron çoxsaylı problemlərdən yayınmaq üçün qondarma soyqırımı məsələsini ortaya atıb”
"Fransa prezidenti erməni genosidi məsələsini gündəmə gətirməklə xalqın fikrini ölkədə olan problemlərdən yayındırmağa çalışır”.
Fransalı jurnalist Nur Dolan "Report"un Qərbi Avropa bürosuna açıqlamasında bildirib ki, Fransada bu gün problemlər çoxdur.
O qeyd edib ki, Emmanuel Makron ölkədə "Sarı jiletlilər" hərəkatı da daxil olmaqla çoxsaylı problemlərdən yayınmaq üçün 24 apreli "erməni soyqırımı”nı milli anım günü kimi qeyd edilməsi məsələsini ortaya atıb. Çünki, Fransada mövcud olan ciddi problemlər fonunda bu, həlli çox asanlıqla başa gələn bir məsələdir”. Jurnalist bildirib ki, Fransada yüz il bundan öncə baş vermiş hadisələr gündəmə gətirilir, lakin bundan da vacibDağlıq Qarabağmünaqişəsi nəticəsində köçkün düşmüş insanların vəziyyətindən danışılmır: "Dağlıq Qarabağdan qovulmuş məcburi köçkünlərin məsələsi bu günə kimi həll olunmamış qalıb, onlar hələ də öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Azərbaycan torpaqları hələ də işğal altındadır. Fransada bu barədə heç kim danışmır. Hesab edirəm ki, türklər də ermənilər kimi lobbiçiliyi inkişaf etdirməli, təzyiqlər göstərməli, siyasətçilərlə müntəzəm müzakirələr aparmalıdırlar. Növbəti prezident seçkiləri ərəfəsində namizədlərlə görüşüb onlara Fransada türklərin çoxluq təşkil etdiklərini, əgər Ermənistanı dəstəkləyəcəklərsə türklərin onlara səs verməyəcəklərini nəzərlərinə çatdırmaq gərəkdir. Dağlıq Qabağdan qovulan bir milyona yaxın qaçqının taleyi barədə namizədləri məlumatlandırmaq gərəkdir. Fransada türklər çoxluq təşkil edirlər. Lakin seçkiqabağı kompaniyalar zamanı onların daha fəal olması gərəkdir”. Jurnalist Azərbaycanın ümummilli lideriHeydər Əliyevin Fransaya səfəri zamanı onunla görüşmək şansı olduğunu bildirib: "Sovet İttifaqı dağıldığı illərdə mən informasiya agentliyində çalışırdım. Heydər Əliyev Parisə gəlmişdi. Onu görməyə getdik. Bu region hələ ki, Fransada yaxşı tanınmırdı. Söhbətimiz zamanı o, ermənilərin Fransada dövlət siyəsətinə bu qədər güclü təsir edə bilmələrinə təəcübünü bildirdi. Həqiqətən ermənilər lobbiçilikdə çox güclüdürlər. Onlar xüsusilə Fransa mediyasında özlərinə yer edə biliblər. İstər televiziya olsun, istər qəzetlər olsun, onlar Fransa mətbuatında özlərinə yer eləməklə informasiya vasitələrini nəzarət altında saxlamağa nail olublar”.
banner

Oxşar Xəbərlər