• çərşənbə axşamı, 19 mart, 15:26
  • Baku Bakı 8°C

Makron Amazoniyadakı meşə yanğınlarını beynəlxalq böhran adlandırıb

23.08.19 09:52 5540
Makron Amazoniyadakı meşə yanğınlarını beynəlxalq böhran adlandırıb
Amazoniyada 1,8 milyon hektar meşəni məhv edən yanğın beynəlxalq böhrandır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Fransanın prezidenti Emmanuel Makron yazıb.
E.Makron bildirib: "Bizim evimiz yanır. Hərfi mənada. Bizim planetimizin ciyərləri olan və 20 faiz oksigeni təmin edən Amazoniya yanır. Bu, beynəlxalq böhrandır. "G7" iştirakçıları, bu fövqəladə vəziyyəti müzakirə etmək üçün iki gündən sonra görüşəcəyik".
banner

Oxşar Xəbərlər