• cümə axşamı, 25 aprel, 07:50
  • Baku Bakı 14°C

Makkeyn Mayk Pensin Gürcüstandakı bəyanatlarından məmnun qalıb

02.08.17 12:34 1435
Makkeyn Mayk Pensin Gürcüstandakı bəyanatlarından məmnun qalıb
ABŞ-ın nüfuzlu senatorlarından olanCon Makkeynvitse-prezident Mayk Pensi Gürcüstanda verdiyi mesajlarla əlaqədar tərifləyib.
APA-nın xəbərinə görə, C. Makkeyn "Bloomberg”in M. Pensin Gürcüstana səfəri barədə məqaləsini paylaşıb. Məqalənin başlığı belədir: "Pens bildirir ki, ABŞ Rusiyanın etirazına baxmayaraq, GürcüstanınNATO-ya üzvlüyünü dəstəkləyir”. C. Makkeyn materialı "Halal olsun, vitse-prezident!” yazaraq paylaşıb.
Qeyd edək ki, 80 yaşlı Makkeyn Rusiyanın siyasətinin ən sərt tənqidçisidir. O, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qəbul olunan qanunun təşəbbüskarlarından biridir.
banner

Oxşar Xəbərlər