AZE | RUS | ENG |

Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir

Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir
4 may 2019-cu il tarixdə Bakıda "Təhsildə uğurlu idarəçilik: Ünsiyyət” mövzusunda beynəlxalq sertifikatlı seminar keçiriləcək. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq beynəlxalq seminar Azərbaycanda Qlobal Karyera İnstitutu və Makedoniyada fəaliyyət göstərən Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Qlobal Karyera İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, seminarda əsas məruzəçi qismində Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem çıxış edəcək. Bundan başqa seminarda təhsil ekspertləri, Azərbaycanda bu sahədə çalışan mütəxəssislər, ali təhsil ocaqlarının nümayəndələri və tələbələrin iştirakı nəzərdə tutulub. Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.
Məlumat üçün qeyd edək ki, Qlobal Karyera İnstitutu beynəlxalq səviyyədə bir sıra uğurlara imza ataraq dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir. İnstitut Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dövlət Universitetiolan Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti və digər təhsil ocaqları ilə birlikdə təhsil sahəsində beynəlxalq seminar, konfrans və təcrübə mübadilələri həyata keçirir. Qlobal Karyera İnstitutunun Şimali Kipr Türk Respublikasında,  İstanbulda, Qazaxıstanda, Dubay şəhərində, Ukryana və Bakı şəhərində rəsmi nümayəndəlik mərkəzləri fəaliyyət göstərir.
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045