AZE | RUS | ENG |

Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib

Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
Makedoniya parlamenti ölkənin Şimali Makedoniya Respublikası adlanmasına dair Konstitusiya dəyişikliyini təsdiq edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 120 deputatdan ibarət olan Makedoniya parlamentinin iclasında qanun layihəsinin əleyhinə çıxış edən Makedoniya Milli Demokratik Birliyinin təmsilçiləri səsvermədə iştirak etməyiblər. Plenar iclasda iştirak edən deputatların 81-i Konstitusiya dəyişikliyinin lehinə səs veriblər. Sözügedən qanun layihəsi ötən ilin iyununda Yunanıstanla Makedoniya arasında imzalanmış Prespa Sazişindən sonra hazırlanıb.
Konstitusiya dəyişikliyi ölkə Prezidenti Gyorge İvanovun imzalamasından sonra qüvvəyə minəcək. Makedoniya parlamentinin sədri Tələt Cəfəri bəyan edib ki, onun ölkəsi Afina ilə razılaşmanın şərtlərini tamamilə yerinə yetirib.
Yunanıstanın Baş naziri Aleksis Çipras isə bildirib ki, bu məsələ yanvarın sonunda yunan parlamentinin müzakirəsinə çıxarılacaq.
Xatırladaq ki, Makedoniyanın adı Yunanıstanın tələbi ilə dəyişdirilib. Belə ki, eyniadlı əyalət Yunanıstanda da var. Türkiyə, NATO və Avropa İttifaqı Makedoniyanın bu addımını dəstəklədiklərini bəyan ediblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311