• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Mak Alister: "Bəzi parlamentarilərin Dağlıq Qarabağa səfərinə görə Avropa Parlamenti cavabdehlik daşımır"

22.05.17 15:30 684
Mak Alister: "Bəzi parlamentarilərin Dağlıq Qarabağa səfərinə görə Avropa Parlamenti cavabdehlik daşımır"
Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid Mak Alister AP-nin bəzi üzvlərinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsinə münasibət bildirib.
APA-nın məlumatına görə, D. MakAlister Milli Məclisdə keçirdiyi brifinqdə bildirib ki, AP üzvlərinin Dağlıq Qarabağa səfərləri onları öz təşəbbüsləri ilə baş tutub, AP buna görə cavabdehlik daşımır: "Səfər Avropa Parlamentinin adından olmayıb, onlar bunu müstəqil şəkildə ediblər. Bilirsiniz ki, Dağlıq Qarabağda fevralın 20-də keçirilmiş referendumu daAvropa Parlamentitanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan həmin parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik. Çünki bu, onların müstəqil addımıdır”.
banner

Oxşar Xəbərlər