• cümə, 26 Aprel, 15:23
  • Baku Bakı 23°C

Mahmud Məmməd-Quliyev: Azərbaycan və Aİ arasında yeni saziş üzrə mövqelərdə yaxınlaşma var

10.11.17 09:20 785
Mahmud Məmməd-Quliyev: Azərbaycan və Aİ arasında yeni saziş üzrə mövqelərdə yaxınlaşma var
Siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur.
Bu barədə Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini deyib: "Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır - siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektoral blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin ümumiyyətlə, mövqelərdə yaxınlaşma var".
Onun sözlərinə görə, 2-3 iclas artıq keçirilib, eləcə də video-konfranslar, yazışmalar aparılıb.
Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.
banner

Oxşar Xəbərlər