• cümə axşamı, 28 mart, 15:07
  • Baku Bakı 16°C

Mahmud Mehdiyev: Gültəkin Hacıbəyli, hər kəs qanun qarşısında bərabərdir

04.07.19 14:37 862
Mahmud Mehdiyev: Gültəkin Hacıbəyli, hər kəs qanun qarşısında bərabərdir
Gültəkin Hacıbəyli növbəti dəfə öz şəxsi keyfiyyətlərinə xas tərzdə hec bir əsas olmadan məhkəmələri saxta qərarlar cıxartmaqda və hakimiyyətin guya onu "milli şura” adlanan qurumdakı fəaliyyətinə görə təqib etməyindən danışmışdır.
Bir faktı nəzərinizə çatdırmaq istərdim. Oğlumla görüşməyimə imkan vermədiyinə görə mən 2011-ci ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək daha əvvəl verdiyim etibarnamənin ləğv edilməsini bildirib oğlumun G.Hacıbəyli ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını xahiş etmişdim. Həmin ərəfədə uşaqla birlikdə xaricdən qayıdan G.Hacıbəyliyə sərhədi kecən zaman bu barədə məlumat verilmişdi. Bəs görəsən G.Hacıbəyli həmin vaxt niyə hakimiyyətin onu təqib etməsi barədə aləmə car çəkmirdi? Sadəcə ona görə ki, həmin vaxt G.Hacıbəylini ağuşuna alacaq hec bir qüvvə olmadıgından o, hüquqlarının tapdalandıgını iddia edib bunu geniş müzakirə predmetinə cevirə bilməmiş, indiki halda oldugu kimi şəxsi münasibətlər zəminidə yaranmış mübahisəni siyasiləşdirə bilməmişdir.
Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir, uşaqla yaşayan valideyn digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmçinin qanunvericiliyin tələbinə əsasən valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında məhkəmə tərəfindən həll edlilir.
G.Hacıyeva mənim oğluma olan qeyd olunan valideynlik hüquqlarımı pozmaqda davam edərək icazəm olmadan uşağı xaricə aparmaq istəyərək fakitiki olaraq məni valideynlik hüququmdan məhrum etməyə cəhd etmiş olur. Məhkəmə də haqlı olaraq mənim valideynlik hüquqlarımı müdafiə etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar barəsində qərarlar onların valideynlərinin razılığı ilə həyata keçirilməlidir. Bu razılıq qarşılıqlı olmalıdır. Bir tərəfin razılığı olmadan uşağın mənafei ilə bağlı qərarın qəbul olunması digər validieynin hüquqlarının pozulması deməkdir. Ona görə məhkəmə qanuni və əsaslı qərar qəbul etmişdir.G.Hacıbəylinin məhkəmə və hakim barəsində dedikləri onun şəxsiyyətini açıq xarakterizə edir.Onun öz istəyinə uyğun məhkəmə tərəfindən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qərar çaxarılması üçün təzyiq göstərməsi, çıxarılan qanuni qərarların icrasına mane olması qanuna ziddir. G.Hacıbəyli anlamalıdır ki, hər kəs Qanun qarşısında bərabərdir.
Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev
banner

Oxşar Xəbərlər