• cümə, 19 Aprel, 10:06
  • Baku Bakı 13°C

Magistraturaya qəbul olmaq istəyən 12 mindən çox bakalavr ərizəsini təsdiqləyib

23.03.17 12:13 761
Magistraturaya qəbul olmaq istəyən 12 mindən çox bakalavr ərizəsini təsdiqləyib
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ərizə qəbulu davam edir.

APA-nın xəbərinə görə, bu gün saat 11.00-dək12 154 nəfər bakalavr öz ərizəsini təsdiqləyib. Təsdiq edilmiş ərizələrin 10 990-ı Azərbaycan, 1164-ü isə rus bölmələrinə aiddir.

Hazırda ərizə qəbulu davam edir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçünmagistraturaya qəbul elan edib. Lakin sonradan magistraturaya sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, imtahanın ikinci mərhələsi isə 4 iyunda keçiriləcək.
banner

Oxşar Xəbərlər