Magistral yol bağlandı

Magistral yol bağlandı

Cəmiyyət
29 Aprel 2013, 08:36 1131
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda asfalt-beton örtüyün salınması ilə əlaqədar 10-cu km-dən 40-cı km-ə qədər olan hissəsində hərəkət bu gündən etibarən 16 gün müddətinə tam məhdudlaşdırılıb.

Həmin istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər.