• çərşənbə axşamı, 01 iyul, 01:09
  • Baku Bakı 22°C

Mafiya üzərində böyük məhkəmə prosesi start götürüb

13.01.21 19:45 477
Mafiya üzərində böyük məhkəmə prosesi start götürüb
İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə prosesi start götürüb.
Kaspi.az-ın məlumatına görə, prosesdə "Ndrangeta" mafiyasına bağlı 355 nəfər müttəhim qismində iştirak edəcək.
Bu gün başlayan məhkəmə prosesinin iki ilə yaxın davam edəcəyi gözlənilir.
Prosesdə 900-dən çox şahid dindiriləcək, müttəhimlərin hüquqlarını 600-dən çox vəkil müdafiə edəcək. İrəli sürülən ittihamlar arasında qətl, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, şantaj da yer alır.
İlkin məhkəmə iclasında müttəhimlərin adlarının sadalanması 3 saata yaxın davam edib. (Trend)
banner

Oxşar Xəbərlər