Maduro: Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir

Maduro: Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir

Təfsilat
09 Dekabr 2019, 11:30 114
Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.
"Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra (şimal ştatı Varqasın paytaxtı -red) şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, qoşunun (xalq - red) sayı 3 milyon 300 min nəfərə çatıb", - Maduro qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bütün qoşun döyüşçüləri yaxşı "təşkil edilib, təlim görüb, silahlıdır və Venesuelanın bütövlüyünü, müstəqilliyini və asayişini müdafiə etməyə hazırdır".
"2020-ci ildə hədəf - 4 milyon nəfərə nail olmaqdır", - Maduro vurğulayıb.