AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

Təfsilat
26 Oktyabr 2020, 10:00 164
Venesuela alimləri koronavirus infeksiyasına qarşı mübarizədə dərman preparatı hazırlayıblar.
 
APA "TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə ölkə prezidenti Nikolas Maduro çıxış edib.
 
"Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir”, - Maduro belə deyib.
 
Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: "ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq”.