• cümə axşamı, 28 mart, 15:26
  • Baku Bakı 16°C

Maduro: "Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib"

24.01.21 10:15 352
Maduro: "Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib"
Venesuela prezidenti Nikolas Maduro "Petroleos de Venezuela” dövlət neft şirkətinin (PDVSA) qaz-boru kəmərinə edilmiş və ölkənin şərqindəki Ansoateqi ştatında böyük yanğına səbəb olan terror hücumunu pisləyib.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə başçısı bu barədə öz çıxışında deyib. Maduronun çıxışı özünün "YouTube” kanalında da canlı olaraq yayımlanıb.
"Bu gün biz şərqdəki qaz-boru kəmərində terror hücumu ilə üz-üzə qaldıq və nəticədə güclü yanğın baş verdi. Hazırda "Petróleos de Venesuela” şirkətinin işçiləri yanğına nəzarət edir”, - deyə Maduro bildirib.
Prezidentin sözlərinə görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, şirkət əməkdaşları qaz sızmasını dayandırıb.
banner

Oxşar Xəbərlər