• cümə axşamı, 25 aprel, 15:50
  • Baku Bakı 23°C

Maduro: "Bu şayiələri ABŞ yayır"

14.07.19 17:31 14359
Maduro: "Bu şayiələri ABŞ yayır"
Venesuelanın iqtisadiyyat və maliyyə üzrə vitse-prezidenti Tarek əl-Aysaminin Hizbullahla heç bir əlaqəsi yoxdur. Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
"Onu Hizbullahla əlaqələndirmək istəyirlər. Mən Tareki yaxşı tanıyıram. O, heç vaxt Hizbullahdan kiminləsə əlaqə qurmayıb. Bu şayiələri ABŞ Dövlət Departamenti və Amerika imperiyasının xidmətində dayanan satqınlar yayırlar”, - deyə o bildirib. Qeyd edək ki, Tarek Aysami bir müddət öncə vitse-prezident təyin edilib. Venesuela lideri Nikolas Maduro Aysamini özünün varisi sayır. O, əslən Suriyadan olan druzdur.
banner

Oxşar Xəbərlər