• şənbə, 20 Aprel, 05:22
  • Baku Bakı 15°C

Madriddən qayıtdıqdan sonra göbələk yığmağa gedib

17.04.18 14:15 1003
Madriddən qayıtdıqdan sonra göbələk yığmağa gedib
"Yuventus”un qapıçısı Canluici Buffon ÇL-in 1/4 finalında "Real”la keçirilən cavab qarşılaşmasından sonra əsəblərini necə sakitləşdirməsindən danışıb.
Kaspi.az xəbər verir ki, Buffon Madriddən qayıtdıqdan sonra xeyli piyada gəzdiyini bildirib. O, göbələk yığmağa getdiyini də deyib:
"Qəbul etdiyimiz qərarlar həm də bizim varlığımızın təcəssümüdür. Hərdən problemi şişirdirik və səhvə yol veririk.
Ancaq bu, həyatdır - məhz buna görə də mən dünyaya gəlmişəm. Ağzına qədər emosiya və adrenalinlə dolu həftəm oldu. Amma mən bunlarla yaşayıram. Madriddən qayıtdıqdan sonra çox gəzmişəm və göbələk yığmışam”.
Buffon qarşılaşmanın son dəqiqəsində "Yuventus”un qapısına penalti təyin edən hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydan qovulmuşdu.
banner

Oxşar Xəbərlər