• cümə, 19 Aprel, 12:39
  • Baku Bakı 25°C

Madriddə Ümumdünya biznes forumu keçiriləcək

09.10.18 10:15 491
Madriddə Ümumdünya biznes forumu keçiriləcək
Oktyabrın 9-10-da Madriddə, "Palacio Municipal de Congresos”də WOBI Ümumdünya biznes forumu keçiriləcək.
AZƏRTACxəbər verir ki, dünyanın hər yerindən top-menecerlər İspaniya paytaxtına toplaşacaqlar. Top-menecerlər biznesin ən nüfuzlu nümayəndələrini dinləyəcək, texnoloji dəyişikliklər, innovasiyalar və emosional intellektin inkişafında zəruriliklər barədə onların fikirlərini öyrənəcəklər.
"Facebook”da marketinq üzrə sabiq direktor və "Zuckerberg Media”nın baş direktoru Rendi Sukerberq XXI əsrdə şirkətlərin gəlirlə işləmələri məsələlərinə toxunacaq. Top-menecerlər sosial əlaqələrin genişlənməsində rəqəmsal vasitələrdən istifadə və rəqəmsal dünyanın istehsalından necə xeyir əldə edilməsi barədə onun fikirlərini eşidəcəklər.
Qeyd edək ki, WOBI-nin birinci forumu 2004-cü ildə Nyu-Yorkda təşkil olunub. O vaxtdan forum hər il müxtəlif ölkələrdə keçirilir. Forumun əsas vəzifəsi şirkətlərin top-menecerləri üçün ən yaxşı idarəçilik vasitələrinin işlənib hazırlanması və yayılmasıdır.
banner

Oxşar Xəbərlər