• cümə axşamı, 25 aprel, 02:09
  • Baku Bakı 19°C

Macarıstanın “Kurultaj.hu” portalında ermənilərin Xocalıda törətdiyi cinayətlər barədə material dərc edilib

26.02.17 15:00 740
Macarıstanın “Kurultaj.hu” portalında ermənilərin Xocalıda törətdiyi cinayətlər barədə material dərc edilib
Macarıstanın "Kurultaj.hu” portalı öz oxucularına ermənilərin Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlər və qanlı qırğın barədə məlumat verib (bax:http://kurultaj.hu/2017/02/a-hodzsali-meszarlas-egy-elhallgatott-tragedia/).
Materialda ermənilərin əzəli Azərbaycan torpaqlarına iddiaları barədə qısa tarixi məlumat, Xocalıda mülki şəxslərin ermənilər tərəfindən qırılmasına aid statistik informasiya verilir. Məqalədə bir fakt da xatırladılır ki, Xocalı faciəsi haqqında Azərbaycan Milli Məclisinin keçmiş deputatı Həvva Məmmədovanın yazdığı kitab macar dilində nəşr edilib.
banner

Oxşar Xəbərlər