AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Macarıstanın Baş naziri ölkəsinin koronavirusun ikinci dalğasına hazır olduğunu bildirib

Macarıstanın Baş naziri ölkəsinin koronavirusun ikinci dalğasına hazır olduğunu bildirib

Təfsilat
27 Sentyabr 2020, 09:00 160
Macarıstan 16 min ventilyator sifariş edib, bunlardan 10 mini yaxın müddətdə ölkəyə gətiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü ölkənin Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyasının ikinci dalğasının ən pis ssenarisinə bu tibbi avadanlıqlar imkan verəcək.
O, həmçinin qeyd edib ki, xüsusilə COVID-19 xəstələrinin müalicəsi üçün hökumət xəstəxanalarda 16 min çarpayı yeri yaradıb.