• cümə axşamı, 25 aprel, 20:13
  • Baku Bakı 21°C

Macarıstanda məşhur blokbasterlərin müəllifi vəfat edib

21.01.19 13:15 613
Macarıstanda məşhur blokbasterlərin müəllifi vəfat edib
Məşhur kinoprodüser Endryu Vayna ömrünün 75-ci ilində uzunsürən xəstəlikdən sonra Budapeştdə vəfat edib. Endryu Vaynanın Mario Kassarla bünövrəsini birgə qoyduğu "Carolco Pictures” şirkəti "Rembo” trilogiyası, "Terminator” seriyasından iki film, "Çətin adam”, "Mələyin ürəyi” ekran əsərlərinə imza atıb.
AZƏRTACxəbər verir ki, 1944-cü ildə Macarıstanın paytaxtında doğulan E.Vayna 1956-cı ildə əvvəlcə Kanadaya, sonra isə Amerika Birləşmiş Ştatlarına mühacirət edib. O, burada Kaliforniya Universitetini bitirib.
Şərqi Avropada kommunizm ideologiyasının iflasa uğramasından sonra E.Vayna tarixi vətəninə qayıdaraq burada "Intercom”u – Macarıstanın iri kino və DVD-distribüterini yaradaraq ona rəhbərlik edib. Ölkənin Baş naziri Viktor Orbanın məsləkdaşı olan E.Vayna ölkənin kino sənayesi məsələləri üzrə hökumət komissarı vəzifəsində çalışıb.
banner

Oxşar Xəbərlər