AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Macarıstanda komendant saatı tətbiq edilir

Macarıstanda komendant saatı tətbiq edilir

Təfsilat
03 Aprel 2020, 10:30 441
Macarıstan hökuməti karantin rejiminin qüvvədə olduğu dövrdə bütün ölkə ərazisində komendant saatı tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstan Baş Nazirinin mətbuat xidməti məlumat yayıb. "İki həftə ərzində vətəndaşlar evlərini və ya yaşadıqları yeri yalnız iş məqsədilə, yaxud da baza ehtiyaclarının təminatı üçün tərk edə bilərlər”, - deyə Baş Nazir Viktor Orban xalqa videomüraciətində bildirib.
Bundan başqa, hakimiyyət orqanları gəncləri və yaşlıları münasib üsullarla müxtəlif istiqamətlərə ayırmağa cəhd edirlər. Bununla bağlı ərzaq mağazalarında, aptek və məişət kimyası mağazalarında xüsusi qayda tətbiq edilir: indi yaşı 65-dən yuxarı olanlar bu yerlərə səhər saat 9-dan gündüz 12-dək gedə bilərlər. Digər yaş kateqoriyasından olan vətəndaşlara qeyd olunan saatlarda həmin məkanlarda olmaq qadağandır.
Yeni tələblərə riayət edilməməsi qayda pozuntusu kimi hesab olunacaq. Hökumətin məqsədi insanlara "dərs vermək” deyil, əksinə, əməkdaşlığa nail olmaqdır. Bununla belə, üzrlü səbəb olmadan küçəyə çıxanları 50 min forint (təqribən 180 avro) həcmində cərimə gözləyir.