• çərşənbə axşamı, 16 aprel, 10:35
  • Baku Bakı 14°C

Macarıstana turist səfəri

15.05.14 14:06 1496
Macarıstana turist səfəri
“AtaTravel” MMC turizm agentliyi cəmi 349 manata Macarıstana turist səfəri təklif edir. Turun qiymətinə Bakı-Budapeşt-Bakı aviauçuşu, Macarıstanın paytaxtında yerləşən “Medos” otelində bir dəfə səhər yeməyi daxil olmaqla altı gecə və yeddi gün qalmaq, Budapeştin gəzməli yerlərinə bir günlük ekskursiya daxildir.
“AtaTravel” şirkətinin baş direktoru Vüsal Əliyev “Kaspi”yə bildirib ki, bu səyahət təklifi Macarıstana artan maraqdan irəli gələrək işlənib hazırlanıb. O, turizmin Macarıstan iqtisadiyyatının əsas hissələrindən biri olduğunu diqqətə çatdıraraq əminliklə deyib ki, Macarıstan turizm sənayesinin başlıca tərkib hissələrindən olan bənzərsiz paytaxt-kurort Budapeşt, qonaqpərvərlik, min illik mədəniyyət, məsum təbiət, şəfalı sular, musiqi və xalq yaradıcılığı, Balaton gölü, tarixi abidələr, aktiv istirahət, macar mətbəxi Azərbaycan turustlərinin xoşuna gələcək. V.Əliyev səyahət sığortasının “AtaSığorta” ASC tərəfindən verildiyini də qeyd edib.
Xatırladaq ki, “AtaHolding” ASC Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların verilməsi üzrə xidmətlər göstərir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər