• cümə, 19 Aprel, 21:59
  • Baku Bakı 24°C

Macarıstan Prezidentinin Gürcüstana rəsmi səfəri başlayıb

05.09.19 12:07 763
Macarıstan Prezidentinin Gürcüstana rəsmi səfəri başlayıb
Macarıstan Prezidenti Yanoş Ader Gürcüstana rəsmi səfərə gəlib.
AZƏRTACxəbər verir ki, Macarıstanın dövlət başçısı Gürcüstanda bir sıra rəsmi görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli münasibətlər, regional münaqişələr və təhlükəsizlik, eləcə də bölgədə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri diqqət mərkəzində olacaq.
Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksandr Xatisiaşvili jurnalistlərə bildirib ki, bu, Macarıstan Prezidentinin Tbilisiyə ilk səfəridir.
Onun sözlərinə görə, Yanoş Ader Gürcüstanın Tsixinvali və Cənubi Osetiyaya yaxın bölgələrində də olacaq, Avropa Komissiyasının, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların Tbilisidəki nümayəndəliklərinin rəhbərləri ilə görüşəcək.
banner

Oxşar Xəbərlər