• çərşənbə axşamı, 23 aprel, 12:51
  • Baku Bakı 24°C

Macarıstan baş naziri Azərbaycan prezidentini təbrik edib

12.04.18 13:50 686
Macarıstan baş naziri Azərbaycan prezidentini təbrik edib
Macarıstanın baş naziri Viktor Orban Azərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, V. Orban İ. Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə V. Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
banner

Oxşar Xəbərlər