• cümə axşamı, 28 mart, 18:56
  • Baku Bakı 13°C

Macarıstan Azərbaycandan qaz idxalı variantlarını nəzərdən keçirir

14.01.15 09:42 919
Macarıstan Azərbaycandan qaz idxalı variantlarını nəzərdən keçirir
Macarıstan inşası dayanan “Cənub axını” qaz kəmərinə alternativ axtarır.
“APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Macarıstan hökuməti rəsmi Moskvaya bu ölkənin Rusiyadakı anbarlarından istifadə etməyi təklif edib. Bununla yanaşı, alternativ layihələr də nəzərdən keçirilir. İqtisadiyyat və enerji təhlükəsizliyi baxımından burda nə qədər çox qaz saxlanılsa, bizim üçün o qədər yaxşıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2014-cü ildə “Qazprom” Macarıstanın Rusiyadakı anbarlarından istifadə edərək bura 700 mln. kubmetr qaz vurub. Macarıstan hökuməti bəyan edib ki, Rusiyadakı anbarlarını satmağa hazırlaşmır.
P.Siyarto qeyd edib ki, bu anbarlar “Cənub axını” qaz kəmərinin inşasının dayandırılmasından sonra Macarıstanın Rusiya qazına çıxışına zəmanət verən vasitələrdən biridir. Nazirin sözlərinə görə, indi hakimiyyət nümayəndələri Mərkəzi Avropaya yeni qaz kəmərinin inşası üçün Türkiyə, Yunanıstan, Makedoniya və Serbiya ilə danışıqları aktivləşdirmək niyyətindədir.
Bundan başqa, Macarıstan Azərbaycan və ya Xorvatiyadan sıxılmış qaz terminalından keçməklə qaz idxalı variantlarını nəzərdən keçirir.
banner

Oxşar Xəbərlər