• çərşənbə, 24 Aprel, 11:06
  • Baku Bakı 13°C

Macarıstan Avropa ilə Asiya arasında körpüdür

14.11.18 13:00 446
Macarıstan Avropa ilə Asiya arasında körpüdür
Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Asiya-Avropa Sammitindəki (ASEM) çıxışında onun ölkəsinin Qərb və Şərq arasında əməkdaşlığın möhkəmlənməsində oynayacağı roldan danışıb.
AZƏRTACMTI informasiya agentliyinə istinadla xəbər verir ki, V.Orban Macarıstanın ticarət və sərmayələrin önündə olan maneələrin aradan qaldırılması, Qərblə Şərqin yaxınlaşması və insanlar arasında daha sıx əlaqələrin qurulması yolu ilə bu əməkdaşlığa dəstək verəcəyini söyləyib.
Macarıstanın Baş naziri danışıqlar və ya ratifikasiya mərhələsində olmasından asılı olmayaraq, azad ticarət haqqında bütün sazişlərin daha sürətlə həyata keçirilməsinə çağırıb. Əlavə edib ki, bu sazişlərə mal və xidmətlərin daha geniş çeşidləri daxil edilməlidir.
Orbanın sözlərinə görə, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur Sərmayələri Bankı və Beynəlxalq İnvestisiya Bankı kimi regional maliyyə institutları arasında əməkdaşlığın dərinləşdirilməsinə də ehtiyac duyulur.
Konfransın fasiləsində jurnalistlər qarşısında çıxış edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto Baş nazirin sözlərini təkrarlayaraq bildirib ki, Budapeşt mühüm məsələlər üzrə Avropa və Asiya arasında daha sıx əməkdaşlıqda maraqlıdır. Nazir əlavə edib ki, azad ticarət haqqında sazişlər üzrə danışıqlar sürətləndirilməlidir.
banner

Oxşar Xəbərlər