• cümə axşamı, 28 mart, 16:12
  • Baku Bakı 16°C

"Maaş və pensiyaların artırılması müsbət effekt verəcək"

23.01.17 12:50 1257
"Maaş və pensiyaların artırılması müsbət effekt verəcək"
"Ölkə prezidentinin minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncamlar imzalaması bir daha göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bununla bağlı dövlət büdcəsində də həmişə kifayət qədər vəsait nəzərdə tutulub".
Bu barədə Milli.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüAydın Hüseynovbildirib.
A.Hüseynovun fikrincə, bu tədbirlər vətəndaşların sosial təminatının yaxşılaşması baxımından müsbət effekt verəcək: "Bəzi iqtisadi çətinliklər fonunda əhalinin, xüsusilə nisbətən az təminatlı sosial təbəqənin gəlirlərinin müəyyən qədər azalması müşahidə olunurdu. Bu addım həmin sosial təbəqənin xərclərinin müəyyən dərəcədə kompensasiya edilməsi, eyni zamanda onların gəlirlərinin birbaşa artması baxımından öz müsbət təsirini göstərəcək".
Qeyd edək ki, prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.
banner

Oxşar Xəbərlər