• cümə axşamı, 25 aprel, 11:52
  • Baku Bakı 14°C

Lövün adını çəkib, Peresi təəccübləndirib

21.01.19 12:35 615
Lövün adını çəkib, Peresi təəccübləndirib
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv "Real”ın prezidenti Florentino Peresə namizəd kimi təqdim edilib.
Kaspi.az xəbər verir ki, onun namizədliyini Peresə "Real”ın sabiq baş məşqçisi Şuster verib. Bu barədə mütəxəssis özü məlumat verib:
"Mən mükafatlandırma mərasimlərindən birində Pereslə söhbət edirdim. Elə o söhbət əsnasında da Lövün namizədliyini ona xatırlatdım.
O, mənə olduqca qəribə tərzdə baxdı. Belə anladım ki, Lövü xatırlamaqla onu təəccübləndirmişəm. Əgər yayda "Real” Yoahim Lövlə anlaşsa, bu, mənim üçün sürpriz olmayacaq”.
Löv Almaniya yığmasında 2006-cı ildən çalışır. Onun müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər