• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

Lusi Broydo dünyasını dəyişdi

19.03.18 16:40 1017
Lusi Broydo dünyasını dəyişdi
Amerika poeziyasına yeni, dəbli və bəzəkli ifadələr gətirmiş şair Lusi Brok-Broydo dünyasını dəyişib. Yaradıcılığı həyatın gözəllik, incəsənət və real dünyanın əzabkeş insanlarını birləşdirən ortaq nöqtələrinə köklənən şairin ölüm xəbərini mətbuata bacısı hesab etdiyi rəfiqəsi Melissa Qrinvold Parker təsdiqləyib. "nytimes”-ın xəbərinə görə, 61 yaşlı şair qısa müddət yaşadığı xəstəlikdən sonra dirçəlsə də, qəfil bir "ürək oyununa” qurban gedib.
Kembricdəki evində dünyaya gözlərini yummuş şair Amerika ədəbiyyatında öz tərzi, üslubu ilə xüsusilə seçilib. Şeirləri də özü kimi zərif, şarmlı və duyğu dolu olub:"Şeirin dünyasına gəlməyə məcbur idim, çünki bu dünyada yaşaya bilmirdim”.
Hələ kiçik yaşlarından davranışları, gözəlliyi, mükəmməl təhsil göstəriciləri diqqət çəkmiş Lusi 13 yaşından professional olaraq, poeziya dərsləri alıb.Sonuncu toplusu "Dayan, kölgə” ("Stop, İllusion”) "National Book Award” və "National Book Critics Circle Award” mükafatına layiq görülüb.
Naşiri Deborah Qarison mətbuata verdiyi açıqlamada şairin işıq üzü görməmiş şeirləri çox qısa zamanda oxucuların ixtiyarına veriləcək.
banner

Oxşar Xəbərlər