Lusi Broydo dünyasını dəyişdi
Amerika
poeziyasına yeni, dəbli və bəzəkli ifadələr gətirmiş şair Lusi Brok-Broydo
dünyasını dəyişib. Yaradıcılığı həyatın gözəllik, incəsənət və real dünyanın
əzabkeş insanlarını birləşdirən ortaq nöqtələrinə köklənən şairin ölüm xəbərini
mətbuata bacısı hesab etdiyi rəfiqəsi Melissa Qrinvold Parker təsdiqləyib.
"nytimes”-ın xəbərinə görə, 61 yaşlı şair qısa müddət yaşadığı xəstəlikdən
sonra dirçəlsə də, qəfil bir "ürək oyununa” qurban gedib.
Kembricdəki
evində dünyaya gözlərini yummuş şair Amerika ədəbiyyatında öz tərzi, üslubu ilə
xüsusilə seçilib. Şeirləri də özü kimi zərif, şarmlı və duyğu dolu olub:"Şeirin dünyasına gəlməyə məcbur idim, çünki bu dünyada yaşaya bilmirdim”.
Hələ
kiçik yaşlarından davranışları, gözəlliyi, mükəmməl təhsil göstəriciləri diqqət
çəkmiş Lusi 13 yaşından professional olaraq, poeziya dərsləri alıb.Sonuncu
toplusu "Dayan, kölgə” ("Stop, İllusion”) "National Book Award” və "National
Book Critics Circle Award” mükafatına layiq görülüb.
Naşiri
Deborah Qarison mətbuata verdiyi açıqlamada şairin işıq üzü görməmiş şeirləri
çox qısa zamanda oxucuların ixtiyarına veriləcək.