• cümə axşamı, 28 mart, 12:35
  • Baku Bakı 16°C

Luqanskda küçə döyüşləri gedir

19.08.14 16:15 1005
Luqanskda küçə döyüşləri gedir
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin sözçüsü Andrey Lısenko şəhərin mərkəzi hissəsində küçə döyüşlərinin getdiyini təsdiqləyib. O, şəhərin rayonlarından birinin artıq azad olunduğunu deyib.
Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryak da Luqansk şəhərində xüsusi əməliyyatın davam etdiyini söyləyib. O, Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsinin, Milli Qvardiyanın və DİN-in manevr qrupları ilə separatçılar arasında küçə döyüşlərinin getdiyini vurğulayıb. Z. Şkiryak separatçı qüvvələrin tərkibində Rusiya xüsusi təyinatlılarının, “QRU” əməkdaşlarının və “kadırovçu” çeçenlərin olduğunu bildirib.
banner

Oxşar Xəbərlər