• çərşənbə axşamı, 19 mart, 15:29
  • Baku Bakı 8°C

Ölümünə bir neçə gün qalmış həyat yoldaşına deyib ki...

23.09.19 16:00 651
Ölümünə bir neçə gün qalmış həyat yoldaşına deyib ki...
Mərhum holland futbolçu Fernando Riksenin həyat yoldaşı Veronika, onun son günləri barədə danışıb.
Kaspi.az xəbər verir ki, Fernando həyat yoldaşına həyatının son günlərində yanında olmağı qadağan edib. Veronika isə onun bu tələbi ilə razılaşmağa məcbur olduğunu bildirib:
"O, təkid edirdi ki, mən gedim. Bu, onun seçimi idi. Mən isə son dəqiqələrinə qədər onun yanında olmaq istəyirdim. Fernando mənim həyatımın mənası idi. Onu bu ağır xəstəlikdən qurtarmaq üçün birgə səy göstərdik.
Ömrümün sonuna qədər özümü qınayacağım ki, niyə onun tələbi ilə razılaşdım. Ancaq Fernando yaxşı tanıdığım üçün bildirdim ki, onun qərarına hörmət etmək lazımdır. O istəmirdi ki, biz çox əzab çəkək. Qızım hər dəqiqə "atamın yanına gedə bilərəm?” sualını verirdi. Ancaq Fernando icazə vermirdi”.
banner

Oxşar Xəbərlər