• cümə axşamı, 28 mart, 19:31
  • Baku Bakı 13°C

Ölümlə nəticələnən qəza törədərək Azərbaycandan qaçan avtobus sürücüsünə hökm oxunub

18.07.18 15:30 625
Ölümlə nəticələnən qəza törədərək Azərbaycandan qaçan avtobus sürücüsünə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə yol qəzası törətməkdə təqsirləndirilir.
Bakının Bilgəh kəndiqəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovunidarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.
T. Allahverdiyev hadisəni törədəndən sonra ölkədən qaçdığı üçün beynəlxalq axtarışa verilib.
banner

Oxşar Xəbərlər