• çərşənbə axşamı, 23 aprel, 12:09
  • Baku Bakı 24°C

Ölümlə hədələnən azərbaycanlı reper Rusiyaya qaçdı?

12.08.13 09:58 1423
Ölümlə hədələnən azərbaycanlı reper Rusiyaya qaçdı?
Publika.Az-ın əldə etdiyi məlumata görə, sənətçi “Olum, ya ölüm” adlı repinə görə bəzi dindarlar tərəfindən hədələnib. Ölümlə təhdid olunan reper Rusiyaya qaçmaq məcburiyyətində qalıb.
Reperin prodüseri Asiman Baxşəliyev həqiqətən də Hüseyn Dəryanın hədələndiyini bildirdi:
“Dəfələrlə Hüseynin telefonuna gizli nömrələrdən zənglər edilir, “Olum, ya ölüm” adlı repini “Youtube”dan yığışdırılması tələb olunur. Əks halda həyatının təhlükə ilə üz-üzə qalacağı bildirilir. Amma reperin Rusiyaya səfəri heç də bununla bağlı deyildi. O, Rusiyada soydaşlarımızın birinin toy məclisinə dəvət almışdı, hazırda isə Bakıdadr”.
O ki qaldı “Olum, ya ölüm”dən imtinaya, prodüser qətiyyən geri çəkilməyəcəklərini söylədi:
“Əslində bu dindarların yox, dinə zərbə vuran dindar qiyafəsində olan insanların əməlidir. Dərya deyir ki, lazım gələrsə, bu mövzuda bir rep də yazacaq”.
banner

Oxşar Xəbərlər