• cümə axşamı, 25 aprel, 04:23
  • Baku Bakı 19°C

“Ölüm sonetləri”nin diri həyatı

10.03.15 07:49 2019
“Ölüm sonetləri”nin diri həyatı
Dünyalarca məşhur Nobel mükafatı Çili şairi, diplomat, maarifçi, qadın haqlarının müdafiəçisi Qabıriela Mistrala onun adını Latın Amerikasında idealiet məqsədyönlülük simvoluna çevirən möhtəşəm emosiyalarla zəngin lirik şeriyyətinə görə verilmişdi. Orası da var ki, milyonlarla oxucu qəlbini fəth edən, könülləri ehtizaza gətirən, möhtəşəm emosiyalarla zəngin bu şeriyyətin yaradıcısı olan Qabriela Mistral şəxsi həyatında bütün uğurlarına qapı açan uğursuz bir eşıqin acısını yaşamış... yaşamış... yaşamışdır! Belə deyək ki, onun həyatının bütün şirinlikləri uğursuz bir eşqin acı meyvəsindən cücərmiş, boy atmış və könüllərə hakim kəsilmişdir.
Əslində onun həyatının ilk dönəmində başına gələnlərin, yaşadıqlarının özü bir nağıl, maraqlı əsər mövzusuydu, hər cür böyük istək və duyğu qarşılığında həyat onun önünə hər dəfə yeni bir iztirab, kədər donunda çıxmadaydı... Atası doğma ailəsindən biryolluq ayrılıb getdiyi zaman gələcəyin böyük şairi və siyasi xadimi olacaq. Qabrielanın üç yaşı vardı... 14 yaşında ikən o, artıq balaca əyalət kəndində müəllim köməkçisi işləməyə, beləliklə, dərzilik etməklə ailəsini birtəhər saxlayan anasına yardımçı olmağa başlamışdı. Ancaq cəfakeş ananın ölümü özünü heç də ləngitmədi. 1929-cu Qabrielanın bu sevincini də əlindən aldı. Bu, onun həyatında heç vaxt unutmayacağı ikinci ölüm hadisəsiydi; 20 yaşında ikən sevişib, nişanlandığı və ilk gənəclik duyğularının şıltaqlıqları ucbatından tez də ayrıldıqları Romelio Uretro özünə qəsd etmişdi. Bu uğursuz eşq nağılı acı sonluqla bitmişdi.
Bitmişdi ancaq öz unudulmaz izlərini də qoyub getməmiş deyildi. Onun həyatının ilk illəri belə bir gerçək eşq nağılının acı təəssüratları köynəyindən keçib gəirdi. Kədərli və ağrılı idi. Ancaq heç bir vəchlə də geri qaytarmaq, yenidən yaşamaq, həyatın acığına hər şeyi yenidən başlamaq mümkünsüz idi. Olan olmuş, xoşbəxtlik ulduzu bir an içində parlaşyıb sönmüş və uzaq, əlçatmaz bir nağıla çevrilmişdir.
Ancaq nə qədər qəribə olsa da, uğursuz eşqi, intihar etmiş nişanlısının yoxluğundan doğulan şeirləri onun özünün şair taleyini dünyaya gətirdi. Bu vaxtsız ölüm acısı sənətin şirin dünyasına heç vaxt örtülməyəcək bir qapı açdı. Sevdiyi gəncin intihar etməsi səbəbindən keçirdiyi ağrı-acıların, qəlb sıxıntılarının ifadəçisi olan “Ölüm soneti” adlı ilk ciddi poetik əsəri Salntyaqoda keçirilən birinci mükafata layiq görüldü.
Qabriela Mistral onun ədəbi imzasıydı. Əsl adı Lusila de Mariya del Perpetdo Sonorro Qodoy Alkayaqa idi; iki sevdiyi şairin – Qabriele D.Annuizio və Frederik Mistralın ad və təxəllüslərini birləşdirərək özünə yeni bir ədəbi imza yaratmışdı İki böyük şairin adı bir yeni imzada birləşmişdi və bu imza həmin şairlərin öz adlarını belə poeziya aləminin əbədiyyət dünyasına götürmüşdür. Bu da hər bir sənətkarın qibtə edə biləcəyi sənət taleyi, ad, imza Uğuru idi. Əslində ədəbiyyatda Uğurun başlanğıcı imzadan gəlir... O, ilk təəssüratı ilə bütöv bir sənətkar ömrünün gələcəyini müəyyən edir... Deməli, məktəbdə müəllim köməkçisi işləyən gənc qızın ilk uğursuz məhəbbətinin acı təəssüratları onun dünyalarca məşhur poeziyasının, sənət örünün taleyini həll etdi. Bu mövzu Qabriela Mistiral yaradıcılığının bütün sonrakı dönəmində şam kii şölələnərək könlünü işıqlandırdı.
Nəticədə acı bir eşq hekayətinin dilmancı kimi dünyaya gələn “Ölüm sonetləri” sevən könüllərə yaşamaq və mübarizə aparmaq diriliyi gətirdi. Onun ispan poeziyası və hindi mifologiyasının vəhdətindən yaranan əsərləri tənhalıq və kədərin özünü belə insanın daxili müvazinətini hifz edə bilməsi üçün dayaq nöqtəsi şəklində təqdim etməkdəydi. Onun təsvirində tənhalıq və kədər duyğusu tərki-dünyalıq, ümidsizlik qapısı deyildi. Bu tənhalığın və kədərin ümid, təskinlik çaları və anlamı daha çox sirayətedici idi. Bu tənhalıq və kədər insanın nəfəsini kəsən, heyini, hərəkətini əlindən alan amansız bir dənizin sonsuz dibi kimi müdhiş və qorxunc deyildi. Daha çox nəvaziş, həmrəylik çaları özünü büruzə verməkdəydi və ona görə də oxucu Qabriela Mistral təxəllüsü ilə yazıb-yaradan bir gözəl şairin tənhalıq və kədər yüklü poeziyasının daşıdığı ağırlıq altında əzilmir, əzab çəkmir, əksinə, həmdərdlik, həmfikirlik hücrəsi tapmış olurdular. Bu tənhalıqla üzbəüz qaldıqları anı daha çox qələbəlik hesab edirdilər.
Uğursuz ilk sevgisinin əzabları ona insanca yaşamağın yolunu öyrətdi. Həyatda itirdiyinə iç dünyasında qoruyub saxladığı tənhalığın hücrəsində qovuşdu. O, yaşadığı sıxıntıların çıxılmazlığı girdabında itib-batmadı, bu müdhiş əzabları qələmə aldığı kənd həyatının, təbiət ilkinliyinin, körpəcə uşaqların həyat nəşəsi ilə uzaqlaşdıra bildi. Sanki real həyat əbədi axıb keçən bir çay kimi ortada dayanmışdı. Bu çayın bir üzündə doğma və tanış kədər, tənhalıq silueti, o birir üzündə isə insana son dərəcə mərhəm, işıqlı, həyat eşqi ilə dolu olan təbiət, qaynar kənd həyatı, uşaqların aramsız vurnuxmaları dayanır. Ən qəribəsi də odur ki, üzbəüz dayanan bu iki tərəfin hər birində o birinə doğma, əziz olan bir nişanə var. Biri o birinə içindən keçib gəldiyi zaman, həyat kimi baxıb durur. Və məhz bu cazibəli durumuna, ifadə xüsusiyyətinə görə Qabriela Mistralın yaradıcılığı haqqında dərin qədirbilənliklə söz açan amerikalı ədəbiyyatşünas A.Qrpisin aşağıdakı sözlərində öz payın, münasibətin olduğunu da təbii hesab edirsən: “Mistral kimi şairlərin sənətə gəlişi əsrin hadisəsidir; çünki onun şeirlərində ədəbiyyətin izləri var... Onun poeziyası oxucuda yüksək və nəcib hisslər yaradır”. Bu, tənhalıq və kədərin müdrikcəsinə yaşanan bir gerçəkliyidi. Və bu anla baş-başa qaldıqca insan kədər və tənhalığın ilkin anlamından qaynaqlanan qorxu, xof duyğusundan xilas olur.
Onun şeirləri doğma yurdunda törədilən vətəndaş müharibəsindən əzab çəkən insanların gerçək həyatını bütün dolğunluğu ilə əks etdirirdi. Şairin başlıca amalı ondan ibarət idi ki, əsl sənət, sənətkar ətrafında baş verən həyat həqiqətlərinə biganə qala bilməz. Sənətin öz dövrünün bədii aynası olması həqiqəti və tələbi onun yaradıcılığında özünü bütün durumuyla saxladığı insanlara ünvnladığı hər bir məktuba belə o, öz şair düşüncəsinin, şair münasibətinin prizmasından nəzər salaraq mövqe bildirirdi. O, şeirlərilə “İblisə uymuş” bəşəriyyətin xilas qapısını göstərməyə qərarlı idi və bütün yaradıcılığı boyu bu tendensiyanı ləyaqətlə irəli aparmağından qalmadı. Bu baxımdan da Çili yazıçısı D.Fransisko haqlı olaraq yazırdı ki, Qabrielanın şeirləri dua kimi səslənir; bəzən bu dualarda sevgi duyulur, bəzən də onun ruhunda faciəli görüntülər baş qaldırır və ümidsizlik sədaları eşidilir.
Müasirlərinin yazdığı kimi, onun şeirləri bütün halları ilə sadə və təbiidir, hər cür dəbdəbə, gurultu istəyindən uzaqdı. Və elə bu cəhətlərinə görə də oxucu qəlbinə yol tapa bilir, həyatın dərin laylarına nüfuz edir, oxucu fikrini, düşüncəsini də həmin dərin layların təkinə qədər götürə bilir.
Qabrielanın şeirləri ona zəngin Latın Amerikası ədəbiyyatının kraliçası, kədərin böyük tərənnümçüsü, ümidsizlik əsərinin yaradıcısı kimi ölməz sənətkar ömrü bəxş etdi. Adına ucaldılan heykəllər, xatirəsini göz önünə gətirən hər cür anım faktları ispan poetik mədəniyyətinə xas olan zərifliyə bilərəkdən (məhz bilərəkdən!) Arxa çevirən, axıcılıqdan daha çox kəskin, ağır ştrixlərə üstünlük verən bu görkəmli sənətkarın yaradıcılığına və şəxsiyyətinə bəslənən xalq sevgisini bütün dolğunluğu ilə göz önünə gətirir. O, ana haqqını həmişə uca tutan və tərənnüm edən bir sənətkar, gəncliyi tərbiyəsi sarıdan daim nigarançılıq hissi keçirən ana idi. Milli dəyərlərin yaşadılmasına yönəli fikirləri əslində oxucunun özünü özünə qaytarmağa xidmət edirdi: “Təbiət, sevgi, məhəbbət, kədər onun şeirlərində yer alan əsas mövzulardır”.
Qabriela Mistral 1957-ci ildə dünyasını dəyişdi. Əbədi tənhalığına qovuşdu. Böyük xatirəsi isə həmişə bir az da daha aralıdan, uzaqdan görüb-müşahidə etmək istədiyi bu dünyada, dostların, sənətsevərlərin arasında, qəlbində və yaddaşında qaldı.
Gülayə
banner

Oxşar Xəbərlər