• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

Lukaşenko: “Ermənistanın Lapşinin məsələsi ilə nə əlaqəsi var?"

28.03.17 15:40 501
Lukaşenko: “Ermənistanın Lapşinin məsələsi ilə nə əlaqəsi var?"
Belarus prezidenti Aleksandr Lukaşenko bloger Aleksandr Lapşinin ekstradisiyası məsələsi ilə bağlı nə Azərbaycanla, nə də Ermənistanla mübahisə etmək niyyətindədir.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bunu Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib. O, həm Azərbaycan, həm də Ermənistan xalqını özlərinə yaxın hesab etdiklərini söyləyib.
A. Lukaşenko A. Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Ermənistan tərəfdən rəsmi Minskin tənqid olunmasına da münasibət bildirib: "Ermənistanın bu məsələ ilə nə əlaqəsi var? Ermənistan tərəfindən Aleksandr Lapşinin məsələsi ilə bağlı mənə heç vaxt heç nə deyilməyib. O, Azərbaycan tərəfindən axtarışa verilmişdi. Burada saxlanıldı. İnterpol bilirdi. Biz lazımi, qanunauyğun şəkildə məlumat verdik. Onu kimə verməli idik? Barəsində axtarış elan edən ölkəyə verməli idik. O, 3 ölkənin vətəndaşıdır, lakin heç bir ölkə onunla bağlı tələb irəli sürmədi”.
banner

Oxşar Xəbərlər