• cümə axşamı, 18 aprel, 10:55
  • Baku Bakı 12°C

Luis Hamilton: Bakıda azarkeşlərin dəstəyi yüksək səviyyədədir

29.04.18 14:47 631
Luis Hamilton: Bakıda azarkeşlərin dəstəyi yüksək səviyyədədir
Bakıda azarkeşlərin dəstəyi yüksək səviyyədədir.
AZƏRTACxəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda ikinci yeri tutan hazırkı dünya çempionu, "Mersedes” komandasının almaniyalı pilotu Luis Hamilton deyib.
"Ferrari” komandasının bu il əla bolidə sahib olduğunu vurğulayan pilot deyib: "Əlimizdən gələni etdik. 15-ci döngəyə qədər üstünlük bir neçə dəfə məndə idi. Sonuncu hissədə bir az geri qaldım. Buna baxmayaraq, Sebastian Fettelə ("Ferrari”) afərin. Onlar Bütün həftəsonu yarışlarda ən sürətli nəticə göstərdilər. Bu il mükəmməl bolidə sahibdirlər. Bakı treki əladır. Bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.
Sıralanma turunda "Ferrari”nin pilotu Sebastian Fettel birinci olub. "Mersedes”in sürücüləri Luis Hamilton ikinci, Valtteri Bottas isə üçüncü yeri tutublar.
Formula 1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsi aprelin 29-da saat 16:10-da başlayacaq.
banner

Oxşar Xəbərlər