• cümə axşamı, 28 mart, 19:52
  • Baku Bakı 13°C

“Lotu Quli”nin Gürcüstana verilməsi ilə bağlı müraciət hazırlanır

20.05.13 13:22 2092
“Lotu Quli”nin Gürcüstana verilməsi ilə bağlı müraciət hazırlanır
Hazırda Bakıda, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov Gürcüstana təhvil verilə bilər. Buna səbəb Lotu Qulinin Azərbaycan vətəndaşı olmamasıdır.
Lent.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, hazırda N.Səlifovun Gürcüstanda yaşayan qohumları ölkə parlamentinə bu məsələ ilə bağlı müraciət hazırlayırlar. Həmin sənəddə “qanuni oğru”nun Gürcüstan vətəndaşı olması qabardılır və bu səbəbdən onun Gürcüstana ekstradisiyasının vacibliyi gündəmə gətirilir.
N.Səlifovun vəkili Kamandar Nəsibovun AzNews.az-a müdafiə etdiyi şəxsin Gürcüstana ekstradisiya ilə bağlı məsələnin gündəmə gəldiyini təsdiqləyib: “Nadir Səlifov həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. Onun Azərbaycan vətəndaşı kimi təqdim edilməsinə heç bir əsas yoxdur. Nadir Səlifov Azərbaycan vətəndaşı olması ilə bağlı müraciət etməyib. Ona şəxsiyyət vəsiqəsi verilməyib, əmlak payı almayıb. İndiki şəraitdə onun Azərbaycan vətəndaşı olduğunu sübut edəcək heç bir qanuni sənəd yoxdur”.
K.Nəsibovun sözlərinə görə, Nadir Səlifovun ailəsi və qohumları ilə görüşünə problemlər yaradılır. Onun həbsxanadan çıxmamasını təmin etmək üçün süni əngəllər ortaya çıxır: “Nadirin bütün qohumları Gürcüstanda yaşayır. Qohumlarının onunla görüşü mümkün olmur. Xaricdə yaşayan xanımı və övladlarından başqa digər şəxslərərə görüş üçün imkan verilmir. Bəzən hətta elə olur ki, uşaqları 3 ay gözləyib, gəlsələr də görüşə icazə verilmir. Bütün bunları nəzərə alaraq “Lotu Quli”nin qohumları onun Gürcüstana ekstradasiyası ilə bağlı müraciət hazırlayıb. Mən də burada məhkəməyə müraciət edəcəyəm”.
banner

Oxşar Xəbərlər