• cümə, 19 Aprel, 07:26
  • Baku Bakı 13°C

“Lotu Quli" beynəlxalq axtarışa verilib

19.12.17 09:10 1772
“Lotu Quli" beynəlxalq axtarışa verilib
Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.
APA-nın "Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.
İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün göstəriş verib. O, qiyabi olaraq, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı və 163-cü maddələri ilə ittiham olunur.
Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-cu (mütəşəkkil cinayətkar dəstəyaratmaq) maddəsi də əlavə oluna bilər.Hazırda N.SəlifovunTürkiyədə yaşadığı bildirilir.
banner

Oxşar Xəbərlər