• şənbə, 20 Aprel, 16:48
  • Baku Bakı 23°C

Lotereya uduşları qalibin bank hesabına internetlə köçürüləcək

27.05.13 11:06 1727
Lotereya uduşları qalibin bank hesabına internetlə köçürüləcək
Bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən təsdiqlənmiş lotereyaların təşkili və keçirilməsi üzrə yeni qaydalarda nəzərdə tutulub.
Komitədən «APA-Economics» verilən məlumata görə, yeni qaydalar lotereya təşkilatçısı tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi, məlumatların açıqlanması və hesabatların QKDK-ya təqdim edilməsi proseslərini tənzimləyir. Həmçinin, qaydalarda lotereya biletlərinin elektron formada satılması üzrə tələblər müəyyən edilib, habelə elektron nəzarətin həyata keçirilməsi mexanizmləri əksini tapıb.
Komitənin lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri Fərid Rəhimli «APA-Economics»ə açıqlamasında bildirib ki, qaydalara əsasən, lotereyaların təşkili və keçirilməsi üzrə yeni tənzimləmə çərçivəsi formalaşdırılıb. Əsas yenilik lotereyaların keçirilməsi prosesində elektron ticarət elementlərinin tətbiqi ilə bağlıdır. Belə ki, yeni qaydalara əsasən, lotereya biletlərinin internetlə satışı mexanizmi yaradılıb: «Bu mexanizm vasitəsilə iştirakçılar lotereya buraxan təşkilatın saytına daxil olub bilet ala biləcək və eyni zamanda bu mexanizm vasitəsilə uduşlar da iştirakçının bank hesabına ödəniləcək».
Şöbə müdiri qeyd edib ki, qaydalarda tətbiq edilən yeniliklərlə əlaqədar olaraq yeni nəzarət mexanizmləri də yaradılıb.
banner

Oxşar Xəbərlər