AZE | RUS | ENG |

“Los Angeles Times” qəzeti Bakının əsrarəngiz gözəlliyindən yazdı

“Los Angeles Times” qəzeti Bakının əsrarəngiz gözəlliyindən yazdı
ABŞ-ın nüfuzlu "Los Angeles Times” qəzetinin ispandilli versiyası olan "Hoy Los Angeles” qəzetində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Bakı şəhəri haqqında geniş məqalə dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, "Bakı: Xəzər Dənizinin zinət tacı” başlıqlı məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, Bakının əsrarəngiz gözəllliyi, görməli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir. A.Masiel səfərdən öncə Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirərək, sözügedən səfərin onun bütün baxışlarını dəyişdiyini və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən məmnun olduğunu vurğulayır.

A.Masiel ölkəmizdə müsəlmanlar, yəhudilər, ortodoks xristianları və katoliklər də daxil olmaqla, müxtəlif dinlərə mənsub insanların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin sözlərini qeyd edir: "Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib”.

Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün "kəşf” etməyə dəvət edir.

Qeyd edək ki, 1 milyonluq tiraja malik "Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Ancelesdə isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən artmaqdadır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9190
GEL 1 1 Gürcüstan larisi 0.6284
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2078
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6875
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3101