• cümə, 26 Aprel, 12:24
  • Baku Bakı 23°C

Loran Menil-Pultye: Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq

16.09.18 14:38 353
Loran Menil-Pultye: Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq
Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) əsas məqsədi Azərbaycanın imicini Fransada təşviq etməkdir. Ölkənizin zəngin tarixi və mədəniyyəti var. Məqsədimiz bu zənginliyi fransızlara çatdırmaqdır.
Bu fikriAZƏRTAC–a müsahibəsində Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Loran Menil-Pultye söyləyib.
Bildirib ki, Azərbaycan müsəlman Şərqində yeganə dövlətdir ki, ilk dəfə 100 il əvvəl müstəqilliyini elan edib, qadınlara səsvermə hüququ verib. Hazırda Azərbaycan ilə Fransa arasında çox möhkəm və sağlam münasibətlər mövcuddur. ADFA-nın məqsədi bu münasibətləri hər iki ölkənin ictimaiyyətinə çatdırmaq və onların daha da inkişaf etməsinə töhfə verməkdir.
L.Menil-Pultye iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi kimi dövlət rəhbərlərinin qarşılıqlı səfərlərini göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında Fransada səfərdə olduğunu, Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə səfərinin gözlənildiyini diqqətə çatdırıb.
"İki ölkə arasında mədəniyyət, iqtisadiyyat sahələrində əlaqələrin daha da genişlənməsinə töhfə verəcək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq”.
banner

Oxşar Xəbərlər