AZE | RUS | ENG |

Lopezin Bakıda möhtəşəm şousu

Lopezin Bakıda möhtəşəm şousu
Müğənni ilə birgə Los-Ancelesdən ölkəmizə 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıq gətirilib

Sentyabrın 23-də dünya şöhrətli müğənni Cennifer Lopez “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Crystal Hall”un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış edib.

Konsertdə ilk olaraq qonaq qismində qatılan tanınmış müğənni və bəstəkar Emin Ağalarov “Just for one night” mahnısı ilə çıxış edib.

Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni, ötən səhnə çıxışlarında olduğu kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, yeni işıq üzü görən və artıq dünyanın bir çox ölkələrində məşhurlaşan “After the Thunder” albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib.

Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb. E.Ağalarov, həmçinin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından “Dəniz” mahnısını da səsləndirib.

Daha sonra səhnəyə çıxan dünya şöhrətli müğənni Cennifer Lopez Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş etdirib. Tamaşaçılara “Mənimlə oynayın” deyə səslənən C.Lopez ilk olaraq “Love don`t cost a thing” mahnısını ifa edib. Möhtəşəm atəşfəşanlıq və mükəmməl akustika ilə müşayiət olunan müğənninin ifası daha sonra “Stay on the floor”, “İ`m into you”, “Jenny from the block”, “Dance again” mahnıları ilə davam edib.

Müğənni ilə birgə ABŞ-ın Los-Anceles şəhərindən ölkəmizə 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıq gətirilib. Konsertin hazırlıq işlərinə 500-dək heyət cəlb olunub.

Anşlaqla keçən konsertdə C.Lopezin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Müğənninin Bakıdakı konsertini dinləmək üçün dünyanın bir çox ölkəsindən fanatları da gəliblər.

Qeyd edək ki, C.Lopez Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimdə də çıxış edib.

Xatırladaq ki, konsert Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976