• çərşənbə, 24 Aprel, 08:25
  • Baku Bakı 13°C

Lopeteqini ya Quti əvəz edəcək, ya da...

22.10.18 10:55 456
Lopeteqini ya Quti əvəz edəcək, ya da...
Florentino Peresin "Viktoriya” ilə oyuna qədər istefaya göndərməyəcəyinə vəd versə də, Xulen Lopeteqinin "Real”dan qovulma ehtimalı çox böyükdür.
Kaspi.az. xəbər verir ki, "Marca” nəşri Lopeteqinin yerini kimlərin tuta biləcəyi ilə bağlı məlumat yayıb. Ehtimallara görə, Xuleni ya Santyaqo Solari, ya da Quti əvəzləyəcək.
Solari hazırda "Real”ın ikinci komandası "Kastilyo”nu çalışdırır. Quti isə "Beşikatş”da işləyir.
Məlumata görə, onlardan hər birinin təyinatı gerçəkləşərsə, bu da müvəqqəti olacaq. Peres gələcəkdə "Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonu "Real”a gətirmək niyyətindədir.
"Real” son 5 oyunun 4-də məğlub olub.
banner

Oxşar Xəbərlər