• cümə, 26 Aprel, 17:17
  • Baku Bakı 23°C

Londonun mərkəzində Şahzadə Filipin heykəli ucaldılacaq

12.04.21 11:15 603
Londonun mərkəzində Şahzadə Filipin heykəli ucaldılacaq
Londonun Mell küçəsində Şahzadə Filipin şərəfinə heykəl qoyulacaq. Bu fikir bütün partiyalardan olan parlamentarilərin də dəstəyini qazanıb.
APAxəbər verir ki, bu barədə "The Telegraph” nəşri yazıb.
Burada artıq Kraliça Elizabetin, kraliçanın anasının və onun həyat yoldaşı Kral VI Georqun heykəlləri var.
Nəşr yazır ki, Britaniyanın Baş naziri Boris Conson və Leyboristlər Partiyasının lideri Kir Starmer də Edinburq hersoquna heykəl qoyulması fikrini dəstəkləyib.
Qeyd edək ki, Kraliça II Elizabetin həyat yoldaşı Şahzadə Filip aprelin 9-da dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər