• cümə axşamı, 25 aprel, 11:25
  • Baku Bakı 14°C

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb

23.03.17 09:33 798
Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə BBC London polisinə istinadən xəbər verib.

Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb. "Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib”, deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.

London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi hazırkı mərhələdə açıqlanmayacaq.

Bundan əvvəl 4nəfərin öldüyü, 20nəfərin yaralandığı bildirilirdi.


banner

Oxşar Xəbərlər