• çərşənbə, 24 Aprel, 19:36
  • Baku Bakı 23°C

Londonda etiraz aksiyaları zamanı 33 nəfər saxlanılıb

21.03.21 10:00 500
Londonda etiraz aksiyaları zamanı 33 nəfər saxlanılıb
Londonda etiraz aksiyaları zamanı saxlanılanların sayı 33-ə çatıb.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi məlumat yayıb.
"Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata əsasən, 33 nəfər Londonun mərkəzində aksiyaları müşayiət edən asayiş keşikçiləri tərəfindən nəzarət altına alınıb. Saxlanılmaların əksəriyyəti COVID-19 qaydalarının pozulması ilə əlaqədardır”, - məlumatda belə deyilir.
Qeyd edək ki, şənbə günü Londonun mərkəzində koronavirus məhdudiyyətlərinə qarşı, eləcə də 33 yaşlı Sara Everardın öldürülməsi ilə əlaqədar etiraz aksiyaları təşkil edilib.
Hayd-Parkda toplaşan etirazçılar şəhərin mərkəzi küçələri boyunca yürüş ediblər, daha sonra isə Uaytholl küçəsində yerləşən hökumət binalarına və Britaniya Parlamentinə doğru hərəkət ediblər.
banner

Oxşar Xəbərlər