• cümə, 19 Aprel, 10:50
  • Baku Bakı 13°C

London marafonunun iştirakçısı öldü

24.04.18 14:50 676
London marafonunun iştirakçısı öldü
London marafonunun 29 yaşlı iştirakçısı Mett Kempbell ölüb.
Kaspi.az xəbər verir ki, Kempbell finişə 6 km qalmış huşunu itirib. 29 yaşlı yürüşçüyə ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.
Onun ölümünün səbəbi barədə rəsmi məlumat araşdırma bitdikdən sonra veriləcək. Təşkilatçılar bildiriblər ki, Mett son bir həftədə ikinci marafonda iştirak edirmiş.
Kempbell Britaniya televiziyasında kulinariya şousunun iştirakçısı kimi də məşhur idi. London marafonu 1981-ci ildən keçirilir.
banner

Oxşar Xəbərlər