• çərşənbə, 24 Aprel, 06:04
  • Baku Bakı 13°C

Lobanovski ilə Qvardiolanın oxşarlığı

29.07.18 13:10 773
Lobanovski ilə Qvardiolanın oxşarlığı
Kiyev "Dinamo”sunun əfsanəvi futbolçusu, hazırda "Çarlton”un akademiyasına rəhbərlik edən Sergey Baltaça rəhbərliyi altında oynadığı Valeri Lobanovski barədə danışıb.
Kaspi.az xəbər verir ki, Baltaça Lobanovski ilə "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı da müqayisə edib. O, bildirib ki, Lobanovski hazırkı MS-ni rahatlıqla çalışdıra bilərdi:
"Qvardiola ilə Lobanovskinin hər ikisinin fəaliyyəti futbolun inkişafına təkan verib. Onların rəhbərliyi altında futbolçular peşəkar planda xeyli inkişaf ediblər.
Onların hər ikisinə "development" sözü ideal şəkildə uyğun gəlir. Futbolçunun inkişafı – Qvardiola ilə Lobanovskini bu amil birləşdirir. Onlar oxşardırlar. Pepin metodunu bildiyim üçün bu iddianı irəli sürürəm.
Əminəm ki, Lobanovski indiki MS-ni rahatlıqla çalışdıra bilərdi. O, çox sürətlə öyrənməyi bacarırdı. "Dinamo”da oynadığımız vaxtı xatırlayıram. Futbol sürətlə dəyişirdi. Futbolla yanaşı Lobanovski də dəyişirdi”.
banner

Oxşar Xəbərlər