L.N.Tolstoyun “Anna Karenina” romanının bədii dünyasında Levin və Vronski
L.N.Tolstoyun "Anna Karenina” romanının
qəhrəmanları müəllifin həssaslıqla yanaşdığı və "sonsuz dolaşıqlıq labirinti”
vasitəsilə ifadə etdiyi həyatın qanunları ilə əlaqəlidirlər. Bu səbəbdən də
oxucu əsəri tam və düzgün başa düşmək üçün həm əsas, həm də ikinci dərəcəli
personajların adət və qənaətləri arasındakı paralellərlə bərabər, eyni zamanda onların
yanlışları və uğursuzluqlarının izahını tapmaqla əməl və formaları arasında
çoxsaylı əlaqə yaratmalıdır.
Tolstoy Levini ətrafdakılarla birlikdə təsvir edib – o, hər zaman hərəkətdədir, hətta əmin olmadıqda belə həyatın içindədir. Əgər Levin "Ailə xoşbəxtliyi” arzulayır, böyük ümidlərlə məişət quruculuğuna can atırsa, Vronski "evlənməli olduğuna daha az inanmağa başlayır”.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
L.N.Tolstoy qəhrəmanların hansısa primitiv sxemin
köməyi ilə təsvir edilə bilməyən və bununla belə öz ierarxikliyi sayəsində
oxucunun zehnində dəqiq yer tapan, düşünülmüş qruplaşma sistemini yaradır. Bu
məqalədə biz ədəbiyyatşünaslıqda bu günə qədər anlaşılmaları çaşqınlıq yaradan
Konstantin Levinlə Aleksey Vronskini müqayisə etməyə çalışacağıq. Əksər
tədqiqatçılar ailə xoşbəxtliyi axtarışında olan, ətrafda deyilənlərə əməl edən
mülkədar Levinin həyat yolunda inama doğru istiqamətlənməsini görmürlər.
Vronskini ən pis halda "səssiz köpək” (M.E.Şedrin qəhrəmanı məhz bu cür
xarakterizə etmişdir), ən yaxşı halda isə möhkəm və namuslu, amma həssaslıqdan
məhrum olmuş insan kimi qəbul edirlər. Bizim fikrimizcə, Levin və Vronski öz
mənəvi yüksəlişinə doğru addımlayan qəhrəmanlar kimi nəzərdən keçirilməlidir.
Onların əsərin bədii dünyasındakı yeri isə "Anna Karenina” mənəvi-dini
romanının ideal görüntüsünü və ondan uzaqlaşmanı təsvir edən dərin mənaları ortaya
çıxarır. Tolstoy Levinin taleyinin nümunəsində oxucuya qəhrəman üçün mütləq
şərt qismində ailə münasibətlərinin vacibliyinin dərk edilməsindən ibarət olan
inama doğru davamlı yüksəlişi göstərir. Romanın bədii tamlığını başa düşən
oxucu Levindən daha çox təhkiyəçilər üçün bir çox hallarda qəhrəmanların
yanaşması vasitəsilə reallaşan ideala valeh olmalıdır (əsasən Levinlə
Vronskinin gizli müqayisəsi vasitəsilə).
Çox maraqlıdır ki, əsərin başlanğıcında Levin
Kitinin "qeyri-ixtiyari parlayan gözlərində” Aleksey Kirilloviçi sevdiyini başa
düşür, Levinlə yeganə görüşündən sonra isə həssas Anna Karenina qəhrəmanların
bənzərliyini qeyd edir: "...O, qadın nəzəri ilə – kəskin fərqə baxmayaraq,
Vronsi ilə Levin arasında Kitinin həm Vronski, həm də Levini sevməsinə səbəb
olan həmin ümumi cəhəti görmüşdü...”. Qəhrəmanların həmin ümumi və əsas cəhəti
nə idi, bəlkə Annada Vronskiyə qarşı məhrəm hisslərin yaranmasına məhz o səbəb
olmuşdu?
Sanki, Levin və Vronski romanda təzadlılıq prinsipi
əsasında təsvir edilib. Vronski romanın ilk bölmələrində hərbi xidmətdə önə
çəkilən, nümayişlər, silahlar və at yürüşləri ilə məhdudlaşan gənc adam kimi
təqdim edilir.
Kənddən Moskvaya yenicə gəlmiş Konstantin Levin
üçün böyük şəhərdə yaşamaq ağılsızlıq kimi görünür, təsadüfi deyil ki, qəhrəman
"ətrafa narahatlıqla boylanır”. İlk dəfə Levin onların qarşısına "enlikürək,
qıvrım saqqallı, başına qoyun dərisindən papaq qoymuş, cəld hərəkətli insan
kimi” çıxır. Tolstoy Levini ətrafdakılarla birlikdə təsvir edib – o, hər zaman hərəkətdədir, hətta əmin olmadıqda belə həyatın içindədir. Əgər Levin "Ailə xoşbəxtliyi” arzulayır, böyük ümidlərlə məişət quruculuğuna can atırsa, Vronski "evlənməli olduğuna daha az inanmağa başlayır”.
Kiti ilə mənəvi bağlılığını hiss edən Levin
tezliklə evlilik təklifi etmək fikrinə düşür, Vronski isə nə edəcəyini bilmir,
çünki ilk dəfə idi ki, insanları iki növə ayıran kübar cəmiyyətin davranışları
ilə razılaşmayan səmimi insanla qarşılaşırdı. Vronskiyə görə həqiqi insan növü
məhz onun kimi işıqlı insanların surətidir, amma digər "aşağı növ var: axmaq,
ən əsası isə bir kişinin evli olduğu bir qadınla yaşamalı olduğuna, qızın
məsum, qadının utancaq, kişinin mərd, mülayim və sərt olmasına inanan, uşaqları
tərbiyə etməyə, çörəyini qazanmağa, borcları ödəməyə və bu qəbildən ağılsız
işlərə köklənən gülməli insanlar”.
Müəllifin Vronskinin Peterburqdakı həyatına geri
dönən zaman əməl etdiyi yaşayış qaydalarını təsvir etməsi xüsusilə qeyd
edilməlidir. Tolstoy Aleksey Kirilloviçin varlığı barədə bəhs edərkən
Vronskinin xüsusi şərtlər altında tərbiyələndiyini dəfələrlə qeyd etmişdir,
həmin şərtlərə əsasən qəhrəman üçün çıxış yolu yalnız öz gücünə başa gələ bilər
ki, bu da olduqca çətindir.
Vronski və Levinin müqayisə parametri həm də
onların ətrafıdır. Levinin ov öncəsi vəziyyətini (təbiətlə yaxınlaşması)
Vronskinin cıdıra qədərki hərəkət və vəziyyəti ilə (insanlarla yaxınlıq)
müqayisə edə bilərik. Sahibi kimi zəhmət çəkməyə çalışmayan prikazçiklə söhbət,
Levinin Vasili və Mişka ilə söhbəti ilə əvəz edilir. Bununla belə, hər kəs
ümumi işlə – otları alaq etməklə məşğuldur: "Levin Mişkanın nəhəng torpaq
kəsəklərini tərpədərək, onları hər addımbaşı yığaraq necə yeridiyinə tamaşa
etdi, atdan enib toxum olan torbanı Vasilidən götürdü və toxum səpməyə getdi”.
Vronskini isə biz dostu qumarbaz Yaşvinlə birlikdə görürük. Qaydalara riayət
etməyən həm də ədəbsiz hərəkətlərə yol verərək yaşayan bu adam həyat tərzinə
görə elə Vronskini xatırladır. İki hərbçi ətraflarındakı zamanın əmək
fəaliyyəti ilə deyil, vodka ilə ötdüyü hərb həyatının mənzərəsini
tamamlayırlar... Levin və mujiklər üçün məhsul becərmək məsələsi, Yaşvinin içki
marağı ilə eynidir: "Sən ən yaxşısı de görüm, nə içək – ağzım zəhər dadır...”Romanda Anna ilə Vronski arasındakı romantik
hisslərin vəhşi ehtirasa çevrildiyinin şahidi oluruq. Vronskinin karetada
əyləşərkən cismini, əzələlərinin elastikliyini duyaraq baldırlarını
ovuşdurmasını yada salaq. O, maksimum dərəcədə xoşbəxtdir.
Levin isə Kiti ilə danışmaq üçün səhərin açılmasını
gözləyərkən "özünü cismindən uzaq, tamamilə azad hiss edirdi: əzələlərinin
köməyi olmadan hərəkət edir və hər şey edə biləcəyini başa düşürdü”. Qəhrəman
mənəvi tərəfdən o qədər yüksəkdir ki, heç bir cismani ağırlıq duymadan çəki
məhfumunu itirir: "O, əmin idi ki, göyə uça və ya evləri yerindən tərpədə
bilər”. "Levinə elə gəlirdi ki, qanadları çıxıb”. Levinin həyatı təbiət hadisələrinə, Vronskinin
həyatı böyük şəhərin ritminə uyğundur. Levin uzunboğaz çəkmə və mahud parçadan
palto geyinir, Vronski isə ağ jilet və surtuk. Levin axına doğru gedir, Vronski
əlləri ilə masaya dirsəklənərək əyləşir. Levin əməyin və zamanın qiymətini
bilən sahibkar kimi həvəslə planlar qurur: "Levin sevimli təsərrüfatında hansı
işlər görəcəyinə özü də əmin deyildi, amma hiss edirdi ki, çox saylı planla və
ən yaxşı ümidlərlə doludur”.
O, öz xoşbəxtliyini bölüşməyə hazırdır, ömrünün
bahar çağında duyduğu sevinci gizlətmək fikrində deyil. Vronski fransız romanı
kitabına nəzər salır. Simvolik olaraq bu kitab boşqabın içərisindədir: yazıçı
qeyd edir ki, o, mənəvi qida ola bilməz. Bundan başqa Vronski kitaba baxarkən
onu oxumur. Amma qəhrəmanların təsvirindəki təzad mütləq deyil. Levinlə
Vronskini yaxınlaşdıran və romanın digər personajlarından – məsələn,
Oblonskidən fərqləndirən cəhətlərdən biri onların laqeydlik olmadan işə can yandıracaqlarının
nəzərdə tutulduğu coşqunluğundadır. "Siz deyəsən hər şeyi coşqunluqla edirsiz”
– Kiti Levinə deyir. "O, hər biri işi möhtəşəm şəkildə görür. O, həm darıxmır,
həm də böyük həvəslə işləyir”. – Anna Vronski barədə deyir. Bundan başqa qəhrəmanların romandakı hərəkəti də
oxşardır, amma tərbiyə və valideynləri ilə münasibətlərində onlar hər ikisi
tamamilə müxtəlif şərtlərlə təqdim edilir. Romanın səkkizinci fəslini oxuduqda
oxucu artıq başa düşür ki, Levinin öhdəsindəki ailə və digər qayğılar onun bütünlüklə
çaşqınlıq yaşamasına, ruhdan düşməsinə səbəb olur: "O, indi başa düşürdü ki,
ancaq tərbiyə edildiyi etiqad sayəsində sağ qala bilər”.
Levin vəfat etmiş valideynlərinin "onun da öz
arvadı ilə yaşamağı arzu etdiyi” "ideal dərəcədə mükəmməl” həyatını xatırlayır.
Vronski isə nəsillərin varisliyini hiss etmir, amma bu, onun günahı deyil.
Çünki o, müsbət nümunə, ideal çatışmazlığı yaşayır: "Vronski heç zaman ailə
həyatı görməyib. Anası gəncliyində gözəl kübar cəmiyyətə mənsub qadın olub...
Atasını isə demək olar ki, xatırlamırdı”. Alekseyin anası oğluna məsləhət verə bilməz, çünki
oxucunun da yəqin etdiyi kimi onun təcrübəsi ancaq əyləncə və intriqalar
məsələsində zəngindir. Yaşa dolsa da qrafinya Vronskayanın qayğıları ancaq
kübar cəmiyyətin nə düşünəcəyi fikri ilə məşğuldur (bu yerdə oğlunun
əyləncələrinin artıb-çoxaldığı zaman qadının ona hiddət dolu məktublarını
xatırlamaq yerinə düşər). Vronski tərəfdən isə biz təbii ki, oğulluq ehtiramı
deyil, ancaq qeyri-səmimilik görürük: "O, ürəyində anasına hörmət hissi
bəsləmir, onu sevməməsinin səbəbini isə araşdırmağa gərək duymurdu, amma
yaşadığı mühitə uyğun olaraq tərbiyəsinə nəzərən anaya qarşı yüksək səviyyədə
itaətkar və hörmətli münasibəti təsəvvür edə bilmirdi”.
Romanın oxucusu dərk edir ki, Vronski Levin kimi
düzgün həyatın təminatı olacaq tərbiyə almayıb. Romanda Levinin keşişlə olduqca
mənalı söhbəti səhnəsinə diqqət edək. Toy ərəfəsində qəhrəmandan şübhələri
haqqında eşidən keşiş birdən tövbə edən şəxsin əməlləri ilə bərabər həm də onun
gələcək övladları barədə söhbətlər etməyə başlayır: "Əgər daxilinizdə yuva
salmış, sizi imansızlığa təhrik edən şeytanın yoldan azdırmaq cəhdlərinə qalib
gələ bilməsəz, öz körpələrinizi necə tərbiyə edəcəksiz?”, "Siz ona (uşağınıza)
necə cavab verəcəksiz? Onun gözəlliklərini dünya və şeytanın ixtiyarına həvalə
edirsiz?”
Biz başa düşürük ki, dünyanın gözəllikləri
L.N.Tolstoyun yüksək cəmiyyətin insanı vadar etdiyi şərtlər və vəziyyətlərin
qeyri-adiliyini göstərdiyi nümunədə Aleksey Vronskiyə lap uşaqlıqdan yüksək
dərəcədə təqdim edilib. Lakin Vronski romanda Annanın dəstəyi ilə ailə dəyərini
anlaya biləcək səviyyəyə yüksəlir, o, gələcəkdə də özünüinkişaf yolunda xeyli
irəliləyə bilərdi.
Maraqlıdır ki, Puşkinin ərli qadın Tatyanaya aşiq
olan Onegini kimi Vronski də Kitinin sevgisini rədd edərək Anna Kareninaya aşiq
olur. Bu "ağla gəlməyən” hadisə romanda Puşkinin şeirlərində tənqidçilərin
hətta V.Q.Belinskinin də həmin faktı izah edərək qeyd etdiyi kimi,
"diktatorluqla uyğun gəlməyən, birbaşa, instinktiv olaraq, təsadüfi şəkildə baş
tutan” qəlb işləridir, ikincisi isə Oneginə xas olmayan poeziyadır: "Əgər onu
şövq poeziyası hələ də maraqlı idisə, ailə haqqındakı poeziya maraqsız olmaqla
bərabər, həm də ona qarşı idi”. Maraqlıdır ki, 1856-cı ilin sonu 1857-ci ilin
əvvəlində Tolstoy Belinskini oxumaqla məşğul idi.N.N.Qusev həmin dövrdə Tolstoyu ziyarət etmiş
müxtəlif müxbirlərin məktublarını gözdən keçirərkən sübut edir ki, Tolstoyun
Belinskini mütaliə etməsi bütün yanvar ayı boyunca davam etmişdir, həm də
Tolstoyun qarşısında Belinskinin Puşkin haqqındakı məqalələri vardı. Düşünmək
olar ki, kəbini gülməli hesab edən Vronskinin səkkiz illik nikah dövrünü səmimi
və düzgün şəkildə ana obrazında yaşamış Annaya aşiq olması təsadüfi deyil.
Şöbəyə daxil olarkən Annanın səsini dinləyən Vronski onun öz düşüncələri barədə
bəhs edərkən nəyisə inkar etdiyini hiss edir. "Peterburqlu deyil, sadəcə
qadındır”, – Anna öz baxışları haqqında danışarkən deyir.
Vronski Annaya olan sevgisinin təsiri altında
dəyişir, başqalaşır, Kareninaya qarşı münasibətdə öz bütpərəst mövqeyinə üstün
gəlir. Yeri gəlmişkən, bu fakt "romanda təkcə Vronskinin cismani qaldığını” iddia edən N.N.Straxov tərəfindən gözdən qaçıb.
Qəhrəman əvvəlcə öz qaydalarının yeni həyat üçün uyğun gəlmədiyini hiss edir:
"Vronski hiss etməyə başladı ki, onun qaydalar toplusu bütün şərtlərlə
ayaqlaşmaq iqtidarında deyil...”, sonra isə romanda onun Vozdvijenski və Dolli
ilə söhbəti zamanı ailə düşüncəsinə yaxınlaşması görünür. "Biz müqəddəs sevgi
bağları ilə bağlıyıq. Bizim övladımız var, yenə uşaq sahibi ola bilərik. Elə
sabah da oğlumuz dünyaya gələcək – mənim oğlum – o, qanunla Karenindir. O, nə
mənim adımın, nə sərvətimin varisidir, biz nə qədər xoşbəxt ailə olsaq, neçə
övlad sahibi olsaq belə, mənimlə onlar arasında heç bir bağ mövcud olmayacaq”,
– Vronski Dolliyə deyir.
Vronski öz nəslinə, ailə tərbiyəsindən uzaqlığına,
kübar cəmiyyətin şərtlərinə görə layiq görüldüyü cığırdan uzaqlaşır, amma böyük
güc sərf etmiş Anna nə sahibə, nə ana olmadığı üçün hazırkı vəziyyətdə Aleksey
Kirilloviçə kömək etmək iqtidarında deyil. Vronskinin özünüinkişaf yoluna addımlamasının,
həyatı düzgün anlamasının sübutu onun Kareninin rəftarı haqqındakı sözləridir.
"Əlbəttə, bu ancaq onun kimi qəlbsiz insanların qadir olduğu riyakarlıqla dolu
qəddarlıqlarından biridir. ”Vronski Karenində (Tolstoyun əsərdə Kareninin
Lidiya İvanovna və şarlatan Landonun təsiri altına necə düşməsini göstərdiyi
kimi) qəribə dəyişikliklər baş verdiyini doğru təsbit edir. Qrafinya Lidiya
Kareninə yeni qəlb verildiyini görür, amma məhz Vronski bircə cümlə ilə oxucuya
izah edir ki, riyakara çevrilən Karenin ruhdan, sevmək və anlamaq bacarığından
məhrum olur. Elə yazıçının romanın yeddinci bölümündə qələmə aldığı Vronskinin
Anna ilə olan mübahisələrindən birində Karenina onu "qəlbsiz insan”
adlandırdıqda Vronskinin səbir kasasının daşması da təsadüfi deyil.
Beləliklə L.N.Tolstoy "Anna Karenina” əsərində ailə
düşüncəsini qəhrəmanın imana gəlməsi imkanı ilə uzlaşdırır. Vozdvijenskidə
Vronski ilk dəfə ailə həyatının cavabdehliyini dərk edir, onun Dolliyə
şikayətlənməsi, şeytan və azğınlıqla mübarizəsi isə təsadüfi deyil: "Mən özüm
barədə danışmıram, amma mənim üçün çətindir, olduqca çətindir”, – kimisə təhdid
edirmiş kimi söylədi.
Çox güman ki, Vronskinin qeyd etdiyi çətinlik
Annanın sanki dekorasiyaya çevrilməsi fonunda onun təsərrüfatı təkbaşına idarə
etməsində deyil: Vozdvijenskidə Dolli görür ki, hər şey – hətta masadakı yemək
də "ev sahibinin zəhməti sayəsində meydana gəlmişdir”. Keşişin Levinə bəhs
etdiyi şeytanın yoldan sapdırmaları ilə mübarizəsi də Vronskiyə çətinlik
törədir. Vozdvijenskidəki həyat və məişət barədə çox sayda qeyri-adilik var,
amma Vronskinin özünü bütünlüklə ata və ev sahibi rolunda hiss etdiyi həyat
tərzi onu Levini dərk etməyə doğru yaxınlaşdırır. "Mən yalan danışmaq
məcburiyyətindən qurtuldum, sahibimi tanıdım”, romanın finalında Levin deyir.
Vronski özünə də məlum olmayan, onu Levinlə yaxınlaşdıran gizli həyat eşqi ilə
doludur. Anna Vronskini Tatyana Larinanın Yevgeni Onegində
gördüyü mənəvi yüksəlişinin mümkünlüyünü hiss edərək sevmişdi, Y.V.Lebedev də
Puşkinin qəhrəmanlarından bəhs edərkən qeyd edir: "Məsələ bundadır ki, öz
həyatını başqa səmtə, əks istiqamətə doğru dəyişən Tatyana kübar cəmiyyətin "oneginliyinin”
azğınlıq və düşkünlüyünün mənəvi mahiyyətini Onegində dərk edir”.
Tolstoy Aleksey Vronski obrazını yaradarkən sözsüz
ki, Yevgeni Oneginin xarakterinə köklənmişdir – Y.V.Lebedevin qeyd etdiyi kimi
Puşkin "Turgenevin və Qonçarovun, Tolstoyun və Dostoyevskinin gələcək
qəhrəmanlarının bədii formulasını yaratmışdır”. Tolstoy "Anna Karenina”da
Puşkindən daha irəli gedərək qəhrəmanların mənəvi yüksəlişini konkretləşdirir
və onların davranışlarında məhz xristianlığı önə çəkir. Həmin hərəkəti müzakirə
edərkən İsa Məsihin sözlərini xatırlamaq yerinə düşər: "Mən sizə bu səbəbdən
dedim ki, əgər ona izn verilməzsə Mənim yanıma heç kim gələ bilməz”. Və məsələ
onda deyil ki, Vronski və Levin əvvəlcə, məsələn Oblonski və ya Karenindən daha
çox hansısa istedada malikdirlər. "Elə düşünmə ki, Tanrı kiməsə lütf edir,
digərlərinə isə yox. Tanrı iradəsi möhkəm olan kəslərə lütf edib iman
qabiliyyəti verir ”, – deyə bolqar arxiyepiskopu Feofilakt qeyd edir. Artıq
bilirik ki, xarici bər-bəzəyinin altında Vronskinin qəlbi canlıdır, o, həyatını
dəyişməyə hədəflənir, ətrafda baş verənlərə qarşı biganə deyil. Personajların mənəvi imkanlarını duymaq bacarığı
müəllif tərəfindən Kitiyə bəxş edilib. "Unutmayın, sevgi həm baxışları, həm
bəsirət gözü ilə baxdıqda borcdur, əməkdir” deyə N.P.Bextereva yazır. Kiti
Vronski və Levinin həyat eşqini, bütün qəlbi ilə Tanrıya inam bacarığını,
çətinliklərdən keçmək, şübhələr və gələcəkdə var ola bilmək üçün mühüm olan
inama doğru yol almaq bacarıqlarını duyaraq sevə bildi.
Valeriya Gennadiyevna Andreyeva
Mənbə:
Vestnik N.A.Nekrasov adına KQU, 2011Rus dilindən tərcümə edən: Xatirə Nurgül